RU

Naxçıvanda ağır yol qəzası baş verib, ölən var

Naxçıvan, 27 oktyabr, AZƏRTAC

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Culfa rayonunun Camaldın kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı “Kia” markalı avtomobillə DAF markalı yük avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Nəcəfova Gülnar Sakit qızı hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

 

Избранный
68
8
azertag.az

10Источники