Bakı. Trend:
Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə,hadisə Culfa rayonunun Camaldın kəndi ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı “Kia” markalı avtomobillə DAF markalı yükavtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsüNəcəfova Gülnar Sakit qızı hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktaraşdırılır.