RU

İlk dərs günü tələbəyə qayda pozmağı öyrədən məsuliyyətsiz təlimçi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bakıda sürücülük təlimçisinin qayda pozuntusu sosial şəbəkədə müzakirələrə səbəb olub. Avtosfer.az xəbər verir ki, 99-XE-205 dövlət nömrə nişanlı “Mazda” markalı avtomobildə sürücülüyü öyrədən təlimçi dərs zamanı qaydalara əməl etməyib.

Videoda aydın görünür ki, o, sükan arxasında olan tələbəyə dərs keçərkən mobil telefonu əlində saxlayaraq yolboyu çəkiliş aparıb. Qaydalara əsasən, təlimçi dərs zamanı sürücüyə bərabər məsuliyyət daşıdığı üçün telefondan istifadə etməməlidir.

Bundan başqa, ötmə əməliyyatı zamanı təlim maşını sol zolaqda yavaş hərəkət etdiyindən arxadan gələn sürücülər siqnal verərək yol istəyiblər. Təlimçi tələbəyə sağ zolağa keçməyi tapşırıb, lakin daha sonra sol zolağa qayıdarkən təhlükəsizlik adacığının tələblərini pozub.

Məlum olub ki, bu, tələbənin ilk dərs günü olub və ilkin sürücülük vərdişləri birbaşa yolda öyrədilib. Halbuki qaydalara görə, yeni başlayan sürücülərə əvvəlcə bağlı ərazidə və ya təlim meydançasında ilkin bacarıqlar öyrədilməli, yalnız bundan sonra yola çıxmağa icazə verilməlidir.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
avtosfer.az

1Источники