RU

Erməni nazir: Ermənistan və Azərbaycan xarici ticarətdə bir-birini tamamlaya bilər

BAKI, 27 oktyabr. TELEQRAF

"Ermənistan və Azərbaycan xarici ticarətdə rəqabət apara bilməz, əksinə bir-birini tamamlaya bilər".

Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan parlament komitəsinin 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iki ölkə arasında münasibətlərin normallaşdırılması perspektivləri ilə bağlı parlament üzvlərinin suallarını cavablandırarkən bildirib:

"Azərbaycanın ixracının əhəmiyyətli bir hissəsi idxal ehtiyaclarımızı ödəyə bilər və ya əksinə. Yəni, biz rəqabət aparmırıq, amma bir-birimizə bir çox mal sata bilərik.

Ermənistanın Türkiyə ilə ticarətinə gəldikdə, isə Papoyan 2024-cü ildə ticarət dövriyyəsinin 336 milyon dollar olduğunu, bu rəqəmin ildə 750-800 milyon dollara qədər arta biləcəyini deyib

Избранный
54
2
teleqraf.com

3Источники