Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 27-də Bakıda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci ilə görüşüb.Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsinin mövcud qardaşlıq və dostluq əlaqələrimizin təcəssümü olduğu bildirilib. Liderlərimizin təlimatı ilə çoxölçülü müttəfiqlik münasibətlərimizin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və s. aspektləri üzrə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətin vacibliyi vurğulanıb.Azərbaycan və Türkiyənin bütün beynəlxalq təşkilatlarda, xüsusilə də ailəmiz hesab olunan Türk Dövlətləri Təşkilatında birgə səylərimizin təqdirəlayiq olduğu vurğulanıb, bu il Qəbələdə keçirilmiş sammitin təşkilatın daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.Nazir Ceyhun Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi və onun müxtəlif aspektləri, Vaşinqton sammitindən irəli gələn məsələlər barədə ətraflı məlumatlandırıb.Yaxın Şərqdə, Qəzza bölgəsində, Suriyada və Afrika ölkələrində mövcud səylər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Eyni gündə, Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyə nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci rəhbərlik edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.