XİN-dən Demokrat.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsinin mövcud qardaşlıq və dostluq əlaqələrimizin təcəssümü olduğu bildirilib. Liderlərimizin təlimatı ilə çoxölçülü müttəfiqlik münasibətlərimizin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və s. aspektləri üzrə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətin vacibliyi vurğulanıb.
Azərbaycan və Türkiyənin bütün beynəlxalq təşkilatlarda, xüsusilə də ailəmiz hesab olunan Türk Dövlətləri Təşkilatında birgə səylərimizin təqdirəlayiq olduğu vurğulanıb, bu il Qəbələdə keçirilmiş sammitin təşkilatın daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi və onun müxtəlif aspektləri, Vaşinqton sammitindən irəli gələn məsələlər barədə ətraflı məlumatlandırıb.
Yaxın Şərqdə, Qəzza bölgəsində, Suriyada və Afrika ölkələrində mövcud səylər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
10Mənbələr
-
yenisabah.azBakı və Ankara arasında siyasi məsləhətləşmələr keçirildi ( 22837957)
-
azerbaijan-news.azTürkiyə xarici işlər nazirinin müavini Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb ( 22836838)
-
aia.azAzərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr ( 22833652)
-
cebheinfo.azAzərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib ( 22832272)
-
operativmm.azAzərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib ( 22831930)
-
newscenter.azAzərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib ( 22831444)
-
modern.azAzərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr ( 22831375)
-
azadmedia.azAzərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib » AzadMedia.az ( 22831285)
-
sia.azCeyhun Bayramov Ayşe Berris Ekinci ilə görüşüb ( 22831264)
-
azpost.infoTürkiyə XİN müavini Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb ( 22831252)