RU

"Yuventus" İqor Tudorla yollarını ayırdı

"Yuventus" İqor Tudorla yollarını ayırdı

"Yuventus" baş məşqçi İqor Tudorla yollarını ayırdığını açıqlayıb.

İtaliya Serie A təmsilçisi "Yuventus" baş məşqçi İqor Tudorla qarşılıqlı razılaşma əsasında əməkdaşlığı dayandırdıqlarını bildirib. Mövzu ilə bağlı İtaliya klubu Tudor və komandasına göstərdikləri əməklərə görə təşəkkürünü çatdırıb. Qara-ağlılar komandanın başına müvəqqəti olaraq Juventus B komandasının baş məşqçisi Massimo Brambillanın gətirildiyini və italyan çalışdırıcının çərşənbə günü Udinezeyə qarşı keçiriləcək oyunda komandanın başında olacağını açıqlayıb.

Qeyd edək ki, 47 yaşlı xorvat mütəxəssis "Yuventus"la keçirdiyi 24 matçda 10 qələbə, 8 heç-heçə və 6 məğlubiyyət əldə edib.

Избранный
36
afn.az

1Источники