RU

Prezident bu səfirləri geri çağırıb - Yeni təyinatlar (Yenilənib)

Prezident

Azərbaycanın Yaponiyadakı səfiri geri çağırılıb.

Reyting.az
xəbər verir ki, bununla Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sənədə əsasən, Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Fərid Yunis oğlu Talıbov həmin posta təyin edilib.

***

Azərbaycanın Meksikadakı səfiri geri çağırılıb.

Reyting.az
xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Məmməd Afiq oğlu Talıbov Azərbaycanın Meksikada, eyni zamanda Hondurasda, Kolumbiyada, Kosta Rikada, Qvatemalada, Panamada və Peruda səfiri vəzifəsindən geri çağırılıb.

Digər sərəncamla Seymur Həbib oğlu Fətəliyev Azərbaycanın Meksikada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Azərbaycanın İordaniyadakı səfiri geri çağırılıb.

Reyting.az
xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Eldar Nadir oğlu Səlimov Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Digər sərəncamla E.Səlimov Azərbaycanın İraqda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri geri çağırılıb.

Reyting.az
-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Şahin Şakir oğlu Abdullayev Azərbaycanın Səudiyyə Ərəbistanında, eyni zamanda Bəhreyndə fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb və İordaniyaya səfir təyin edilib.
Избранный
28
11
reyting.az

10Источники