Azərbaycanın Meksikadakı səfiri geri çağırılıb.
“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Məmməd Afiq oğlu Talıbov Azərbaycanın Meksikada, eyni zamanda Hondurasda, Kolumbiyada, Kosta Rikada, Qvatemalada, Panamada və Peruda səfiri vəzifəsindən geri çağırılıb.
Digər sərəncamla Seymur Həbib oğlu Fətəliyev Azərbaycanın Meksikada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.