Qazaxıstanda təlim-məşq toplanışında olan qadın Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünü keçirib.
QOL.az xəbər verir ki, A milli Qazaxıstan yığması ilə qarşılaşıb. Çimkənd şəhər stadionunda təşkil olunan oyun millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolu isə 82-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.
Matçı Özbəkistandan olan hakimlər briqadası idarə edib.
Qeyd edək ki, bu komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda millimiz 2:1 hesablı qələbə qazanıb.
27 oktyabr
13:00. Qazaxıstan (Qadınlar) - Azərbaycan (Qadınlar) - 0:1
Qol: Nigar Mirzəliyeva, 82
Hakimlər: Roziyabonu Yusupova, Kristina Sereda, Xayriniso Erkiniva, Gulşoda Saidkulova (Özbəkistan)
Çimkənd şəhər stadionu