AZ

Millimiz Qazaxıstana qarşı

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət millimiz bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.

"Football-plus.az" xəbər verir ki, yığma Qazaxıstan yığması ilə qarşılaşacaq. Çimkənd şəhər stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 13.00-da başlanacaq. Matçı Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, bu komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda millimiz 2:1 hesablı qələbə qazanıb.

27 oktyabr
Qazaxıstan - Azərbaycan

Hakimlər: ROZİYABONU YUSUPOVA, Kristina Sereda, Xayriniso Erkiniva, Gulşoda Saidkulova (Özbəkistan)
Çimkənd, şəhər stadionu. Saat 13.00.

Seçilən
27
1
football-plus.az

10Mənbələr