RU

Litva Belarusla sərhədi tam bağlayır

Litva hökuməti Belarusla sərhədin tam bağlanması planını hazırlayıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu qərarın 29 oktyabrda qəbul ediləcəyi gözlənilir. 

Ölkənin Baş naziri İnqa Ruqinenə bildirib ki, sərhədin bağlanmasına dair fəaliyyət planı hazırlanıb: " Bu, milli təhlükəsizlik üzrə hökumət komissiyasının iclasında müzakirə edilib. Çərşənbə günü kabinet iclası keçiriləcək və onun səlahiyyətləri planı qüvvəyə mindirməyə imkan verir”.

Hökumət başçısı vurğulayıb ki, Belarusdan Litva ərazisinə tütün qaçaqmalçılığı üçün göndərilən meteoroloji zondların daimi şəkildə ölkə sərhədini pozması və Belarus hakimiyyətinin bu halların qarşısını almaq üçün tədbir görmək istəməməsi, Litvanı avtomobil sərhədini tam bağlamağa məcbur edir. Ruqinenənin sözlərinə görə, Avropa İttifaqı ölkələrinin vətəndaşları və diplomatlar üçün məhdudiyyətlər tətbiq olunmayacaq.

Litva rəsmilərinin bildirdiyinə görə, Belarusdan gələn tütün qaçaqmalçılığı təşkilatçıları meteoroloji zondlardan istifadə edərək siqaretləri Litvaya keçirirlər. Əvvəllər bu cür hallar tək-tək baş verirdi, lakin oktyabr ayından etibarən onlar kütləvi və müntəzəm xarakter alıb.

Избранный
57
operativmm.az

1Источники