RU

SOCAR ilə “Uzbekneftegaz” arasında neft və qaz sənayesində süni intellektin tətbiqi sahəsində Anlaşma Memorandumunu imzalanıb

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Özbəkistanın“Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında neft-qaz sənayesindəsüni intellektin tətbiq olunması sahəsində əməkdaşlığın inkişafetdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.

Əməkdaşlıq çərçivəsində SOCAR-ın hazırladığı süni intellekthəllərinin alınması, təcrübə və mütəxəssis mübadiləsi, SOCARtərəfindən rəqəmsal transformasiya, istehsal proseslərininrəqəmsallaşdırılması və səmərəliliyinin artırılması, həmçinininformasiya texnologiyaları sahəsində konsultasiya xidmətləriningöstərilməsini nəzərdə tutulur.

Memorandum çərçivəsində tərəflər qarışdırma parametrlərininoptimallaşdırılması ilə dizel yanacağı istehsalının artırılmasınayönələn süni intellekt əsaslı layihələr, əməliyyat qruplarınınişini dəstəkləyən böyük dil modelini (Large Language Model - LLM),həmçinin geoloji və enerji məlumatlarının təhlilininavtomatlaşdırılmasına yönələn “Seismic AI” (seysmik süni intellekt)və ENOM həllərinin hazırlanmasını planlaşdırır. Bundan əlavə, SOCARşirkətin bütün biznes proseslərini birləşdirən vahid məlumatarxitekturasının yaradılması, eləcə də seysmik və qazmaməlumatlarının tam rəqəmsallaşdırılması və vizuallaşdırılmasınıtəmin edən ODLAR və “Daily Drilling” layihələrində konsultasiyadəstəyi göstərəcək.

SOCAR və “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında imzalanmışAnlaşma Memorandumu neft və qaz sənayesində süni intellekttexnologiyalarının tətbiqini inkişaf etdirəcək. Bu əməkdaşlıqenerji sektorunda innovativ yanaşmaların tətbiqini təşviq etməkləyanaşı, iki ölkənin iqtisadi əməkdaşlığını və texnolojitərəfdaşlığını daha da möhkəmləndirəcək.

Məqalədə:
Избранный
41
11
az.trend.az

10Источники