RU

Cari ilin doqquz ayı ərzində Azərbaycandan Türkiyəyə ixrac olunan neftin həcmi açıqlanıb

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 59milyon ABŞ dolları dəyərində 119,5 min ton bitum süxurlardan əldəolunmuş xam neft və neft məhsulları ixrac olunub.

Trend DövlətGömrük Komitəsinə istinadla xəbər verir ki, bu göstərici 2024-cüilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 134 milyon ABŞdolları və ya 69,4 faiz, həcm baxımından isə 233 min ton və ya 66,9faiz azdır.

Ötən ilin ilk doqquz ayı ərzində Azərbaycandan Türkiyəyə 193milyon ABŞ dolları həcmində 352,5 min bitum süxurlardan əldəolunmuş neft və neft məhsulları ixrac olunmuşdu.

Qeyd etmək lazımdır ki, cari ilin yanvar-sentyabr aylarındaAzərbaycandan 20 ölkəyə ümumilikdə 8,939 milyard ABŞ dollarıdəyərində 16,996 milyon ton xam neft və bitumlu süxurlardan alınanneft məhsulları ixrac edilib.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə dəyər ifadəsində 2,069 milyard ABŞ dolları, yəni 18,8%və kəmiyyət baxımından 613 min ton, yəni 3,5% azdır.

Məqalədə:
Избранный
38
6
az.trend.az

10Источники