Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan İndoneziyaya72,1 milyon ABŞ dolları dəyərində 130,9 min ton bitumlu süxurlardanəldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.
Trend AzərbaycanınDövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilingöstəricisi ilə müqayisədə dəyər ifadəsində 89,6 milyon dollar vəya 2,2 dəfə, həcm baxımından isə 146,1 min ton və ya 52,7 faizazdır.
Ötən ilin ilk doqquz ayında Azərbaycandan İndoneziyaya 161,7milyon ABŞ dolları dəyərində 277 min ton bitumlu süxurlardan əldəedilmiş neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan20 ölkəyə ümumilikdə 8,939 milyard ABŞ dolları məbləğində 16,996milyon ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neftməhsulları ixrac edilib.
Məlumatlara əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 2,069 milyard dollar və ya 18,8 faiz,təbii ifadədə isə 613 min ton və ya 3,5 faiz azdır.