RU

YouTube, musiqi sənayesinə 1 il ərzində 8 milyard dollar ödəyib

Musiqi sənayesinin aparıcı platformalarından biri olan YouTube, sənətçilərə, musiqi sənayesindəki şirkətlərə və nəşriyyatlara 2024-cü ilin iyulundan 2025-ci ilin iyuluna qədər olan 1 illik müddətdə 8 milyard dollardan çox ödəniş etdiyini açıqlayıb.

Marja xəbər verir ki, YouTube-un Qlobal Musiqi Prezidenti Lyor Cohen bildirib: "8 milyard dollarlıq ödəniş, reklam və abunəliklərdən ibarət sistemimizi işlətdiyimizin sübutudur. Bu rəqəm qlobal səhnədə hər bir sənətçi, söz yazarı və nəşriyyat üçün uzunmüddətli bir "ev" qurmaq yolunda mənalı və davamlı irəliləyişi təmsil edir."

Bu, platforma üçün yeni bir rekord deməkdir. YouTube-un musiqi sənayesinə təmin etdiyi illik ödəniş, şirkətin 2022-ci ildə, 2021-ci ilin iyulundan 2022-ci ilin iyununa qədər musiqi sənayesinə 6 milyard dollarlıq ödəniş etdiyini açıqlamasından bəri 2 milyard dollar artmışdır.

Spotify 2024-cü ildə musiqi sənayesinə 10 milyard dollar ödəyib

Spotify 2024-cü il zrə musiqi sənayesinə 10 milyard dollar ödədiyini açıqlamışdır. Şirkət 2023-cü ildə musiqi sənayesinə 9 milyard dollar ödəniş etmişdi. Qeyd etmək lazımdır ki, pulun hamısı sənətçilərə çatmır. Pul həmçinin istehsal və reklam şirkətlərinə, nəşriyyatlara, mahnı müəlliflərinə və digər pay sahiblərinə də gedir.

Избранный
50
marja.az

1Источники