RU

Qəbələdə “Grace of Nature” turniri keçirilib (FOTO)

Bakı. Trend:

24–26 oktyabr tarixlərində “İdman paytaxtı” Qəbələdə bədiigimnastika üzrə “Grace of Nature” turniri keçirilib.

Trend xəbər verirki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 20 idmanklubundan — “Ocaq Sport” Klubu, “Grasiya” İdman Klubu, BGM, RKİM,SİS, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, “Dinamo” İdman Cəmiyyəti,Goranboy, Şirvan, Zirə, Naxçıvan, “Mingəçevir-Kür”, Abşeron OİK,Gəncə OİK, Şağan, Hövsan, Gəncə, Göyçay, Sabirabad və Ağdaşdan olangimnastlar iştirak ediblər. Turnirdə fərdi proqram üzrə 203 gimnastvə 8 qrup hərəkətləri komandası mübarizə aparıb.

Yarışın ilk günündə 2019–2016-ci il təvəllüdlü, ikinci günündə2016–2013-cü il təvəllüdlü, sonuncu gündə isə 2013–2010-cu iltəvəllüdlü gimnastlar çoxnövçülük və ayrı-ayrı alətlər üzrəproqramlarda çıxış ediblər. Uğur qazanan gimnastlar medallarlatəltif olunublar.

“Grace of Nature” turniri gənc gimnastların bacarıqlarınınümayiş etdirməsi, yarış təcrübəsi qazanması və sağlam rəqabətmühitində inkişaf etməsi üçün mühüm əhəmiyyət daşıyır.

Qəbələnin füsunkar təbiəti və idman atmosferi ilə birləşən buturnir ölkəmizdə bədii gimnastikanın inkişafına və bu idman növünəolan marağın daha da artmasına töhfə verib.

Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Избранный
83
8
az.trend.az

9Источники