Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
İran parlamenti ölkə prezidentinin rəhbərliyi altında fəaliyyət göstərəcək müstəqil Süni İntellekt üzrə Milli Təşkilatın yaradılmasını təsdiqləyib.
Oxu.Az "Mehr"ə istinadən xəbər verir ki, təşkilat mövcud milli resurslardan istifadə edərək ölkənin süni intellekt ekosisteminin inkişafını əlaqələndirmək məqsədi daşıyır.
Təşkilat həmçinin milli süni intellekt strategiyalarının həyata keçirilməsində müvafiq dövlət qurumları arasında qarşılıqlı əlaqəni asanlaşdıracaq.
Yeni təşkilatın rəhbərini İran prezidenti təyin edəcək.
Bu addım İranda süni intellekt idarəçiliyinin institusionallaşdırılması və texnologiyanın milli siyasətə inteqrasiyasında mühüm mərhələ kimi qəbul edilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.