RU

Şəkidə UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub.

90deqiqe.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən kurs ümumilikdə 3 gün davam edib.

Kursun son günündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim olunub. Lisenziyaları iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı Osman Rəhimov təqdim ediblər.

Избранный
28
3
90deqiqe.az

4Источники