Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub.
İdman.biz qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən kurs ümumilikdə 3 gün davam edib.
Kursun son günündə iştirakçılara müvafiq lisenziyalar təqdim olunub. Lisenziyaları iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı Osman Rəhimov təqdim ediblər.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.