RU

Putin Gerasimova xüsusi tapşırıq verdi: “Xahiş edirəm…”

Rusiya Prezidenti Vladimir Putin Ukrayna hərbçilərinin təslim olması üçün bütün tədbirlərin görülməsini tapşırıb.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə o, Rusiya qoşun qruplarının komandirləri ilə görüşü zamanı bildirib.

“Lazımsız itkiləri minimuma endirmək üçün sizdən xahiş edirəm. Əvvəllər etdiyimiz kimi, Ukrayna hərbçilərinin – təbii ki, bunu etmək istəyənlərin təslim olmasını təmin etmək üçün bütün kompleks tədbirləri həyata keçirin”, – Putin qeyd edib.

O, həmçinin Rusiya hərbçilərinə məhbuslarla rəftarda beynəlxalq humanitar standartlara əməl etməyi və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyi tapşırıb.

Qeyd edək ki, oktybarın 26-da V.Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və Şimal Hərbi Dairəsində döyüş əməliyyatlarında iştirak edən qoşun qruplarının komandirləri ilə görüş keçirib.

Избранный
41
50
konkret.az

10Источники