RU

Salyanda yol qəzası: xəsarət alanlar var

Salyan rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı VAZ-21015 və VAZ-2106 markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alanlar - Mürsəl Əsgərov, Xatirə Əsgərova, Təbriz Əliyev, Niyaməddin Nuriyev, Abdulla Babayev, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Избранный
46
6
publika.az

10Источники