AZ

Salyanda yol qəzası olub: Beş nəfər xəsarət alıb

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı avtomobillə "VAZ-2106" markalı avtomobil toqquşub.

Qəza nəticəsində Neftçala rayon sakinləri - 1967-ci il təvəllüdlü Əsgərov Mürsəl Əlifağa oğlu, 1990-cı il təvəllüdlü Əliyev Təbriz Böyükkişi oğlu, 1992-ci il təvəllüdlü Nuriyev Niyaməddin Zöhrab oğlu; Salyan sakinləri - 1959-cu il təvəllüdlü Babayev Abdulla Paşa oğlu və 2009-cu il təvəllüdlü Əsgərova Xatirə Şirin qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
45
5
cebheinfo.az

10Mənbələr