RU

Zabil Qəhrəmanovun işini Göygöl polisi araşdırmalıdır VƏKİL ƏZİZ QƏNBƏRLİ SÜBUT ORTAYA QOYDU

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Zabil Qəhrəmanovla bağlı olay Gəncədə yox, Göygöldə baş verib.

Bu hadisənin Gəncədə araşdırılması yolverilməzdir“.

Bunu Gəncədə saxlanan vəkil Zabil Qəhrəmanovun vəkili Əziz Qənbərli Gununsesi.info-ya açıqlamasında deyib.

Əziz Qənbərli bildirir ki, araşdırma apararaq,  həmin hadisənin baş verdiyi ərazinin Göygöl rayon Qızılqaya qəsəbəsi olduğunu müəyyən edib: “Bunla bağlı sübut kimi obyekdən götürdüyüm, dövlət vergi orqanlarında qeydiyyatdan keçmiş nəzarət kassa aparatından qəbzləri təqdim etdim.

Amma işi araşdıran müstəntiq Rəşad Süleymanlı həmin qəbzləri işə əlavə etməkdən imtina etdi”.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
50
icma.az

1Источники