RU

Azərbaycan regionda sülh və sabitliyə töhfə verən etibarlı tərəfdaş imicini gücləndirib - Fərid Şəfiyev

Bakı. Trend:

2011-ci ildən etibarən, Azərbaycanın Qoşulmama Hərəkatınaqoşulması ölkəmizin Bandunq prinsiplərinə sadiqliyini nümayişetdirib. Bu siyasi xətt hazırda da davam etdirilir və Azərbaycanregional əməkdaşlıqla yanaşı, ikitərəfli münasibətlərə, xüsusiləTürkiyə ilə müttəfiqlik əlaqələrinin dərinləşdirilməsinə xüsusiönəm verir.

Trend xəbər verir ki, bu barədə BMTM-in İdarə Heyətinin sədriFərid Şəfiyev Vyanada keçirilən "Beynəlxalq sülh və təhlükəsizlikdəneytral və qoşulmayan ölkələrin rolu" mövzusundakı konfransdabildirib.

BMTM sədrinin sözlərinə görə, Soyuq Müharibədən sonra Azərbaycanmüxtəlif istiqamətlərdə - həm Müstəqil Dövlətlər Birliyi (MDB), həmdə Avrointeqrasiya çərçivəsində - əməkdaşlıq imkanlarınıdəyərləndirsə də, mövcud geosiyasi vəziyyət ölkəmizibalanslaşdırılmış və praqmatik xarici siyasət xətti yürütməyə vadaredi:.

"2019-2023-cü illərdə Hərəkata sədrliyimiz dövründə Azərbaycanbeynəlxalq həmrəyliyin gücləndirilməsi, pandemiya dövründə ədalətlivaksin bölgüsünün təşviqi, eləcə də “Qoşulmama Hərəkatı GənclərTəşkilatı” və Parlament Şəbəkəsinin yaradılması kimi vacibtəşəbbüslərlə çıxış edib".

F. Şəfiyev bildirib ki, ölkəmiz beynəlxalq hüququn əsas norma vəprinsiplərinin, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyüprinsipinin qorunmasını hər zaman prioritet hesab edib.

"2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanıQoşulmama Hərəkatına üzv ölkələrin böyük əksəriyyəti Azərbaycanınbeynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinivə ədalətli mövqeyini dəstəkləyib. Bu həmrəy mövqe Hərəkatdaxilində qarşılıqlı etimad və dostluğun bariz nümunəsi kimidəyərləndirilib".

BMTM sədri, həmçinin rəsmi Bakının beynəlxalq platformalardadialoqun, çoxtərəfliliyin və beynəlxalq ədalətin təşviqinə yönəliktəşəbbüsləri dəstəkləməyə davam etdiyini diqqətə çatdırıb.

"Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri dəvasitəçilik missiyasının təşviqidir. Ölkəmiz son illərdə bir sıradövlətlərin nümayəndələri arasında aparılan danışıqlara evsahibliyi etməklə regionda sülh və sabitliyə töhfə verən etibarlıtərəfdaş imicini gücləndirib".

BMTM sədri həmçinin İkinci Dünya müharibəsi dövründə QoşulmamaHərəkatının yaranmasını zəruri edən siyasi, iqtisadi və sosialamillər, eləcə də ikiqütblü dünya nizamının süqutundan sonraHərəkatın qarşısında duran vəzifə və çağırışlar, onun geosiyasiaktor kimi qlobal arenadakı rolu barədə əhatəli təqdimatla çıxışedib.

Qeyd edək ki, tədbir Azərbaycanın Avstriyadakı səfirliyindəstəyi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM),Müharibə Nəticələrinin Araşdırılması üzrə Lüdviq Boltsmannİnstitutu və Vyana Diplomatik Akademiyasının birgə təşkilatçılığıilə keçirilib. Tədbirdə Azərbaycan Respublikasının AvstriyaRespublikasındakı səfiri, ATƏT və digər beynəlxalq təşkilatlaryanında Daimi Nümayəndə Rövşən Sadıqbəyli, eləcə də VyanaDiplomatik Akademiyasının direktor müavini Martina Şubert açılışnitqləri ilə çıxış ediblər. Daha sonra ekspertlər mövzu ətrafındafikir mübadiləsi aparıblar.

Məqalədə:
Избранный
66
5
az.trend.az

6Источники