RU

Türkiyədə mikroavtobus aşdı: 1 nəfər ölüb, 19 nəfər yaralanıb

Türkiyənin Bartın vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info "TRT Haber"ə istinadən xəbər verir ki, sənaye bölgəsinə işçi daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

Polis, yanğınsöndürmə, təcili yardım və jandarma qrupları hadisə yerinə cəlb olunub. Qəza zamanı yaralanan şəxslər Bartın Dövlət Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
15
7
sitat.info

9Источники