AZ

Türkiyədə işçiləri daşıyan mikroavtobus aşdı - FOTO

Türkiyənin Bartın vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az “TRT Haber"ə istinadən xəbər verir ki, sənaye bölgəsinə işçi daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

Polis, yanğınsöndürmə, təcili yardım və jandarma qrupları hadisə yerinə cəlb olunub.


Qəza zamanı yaralanan şəxslər Bartın Dövlət Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
5
avtosfer.az

9Mənbələr