RU

Premyer Liqa klubu doğma meydana nə vaxt qayıdacaq?

“Heydər Əliyev adına İmişli şəhər stadionunun klubun balansına keçirilməsi istiqamətində danışıqlar davam edir. Düşünürəm, yaxın zamanda irəliləyiş olacaq”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında “İmişli” klubunun icraçı direktoru Aqşin Mürsəlov deyib.

Klub rəsmisi bildirib ki, hələlik ev oyunlarını Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirməyə davam edəcəklər: “Təəssüf ki, stadionla bağlı hələ yenilik yoxdur. Çalışırıq ki, nələrsə edək, müraciətlər olunur. İnanırıq ki, tezliklə dəyişikliklər baş verəcək”.

İdman.Biz

Избранный
77
1
idman.biz

2Источники