RU

Azərbaycanda orqan bağışlanmasına razılıq verənlərin sayı açıqlanıb

Bunu jurnalistlərlə söhbətində Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi, doktor Mircəlal Kazımi deyib. Onun sözlərinə görə, orqan transplantasiyası sahəsində ilk əməliyyatlar Azərbaycanda ötən əsrin 70-ci illərində həyata keçirilib və bu gün həmin ənənə uğurla davam etdirilir:

“2008-ci ilin dekabr ayında Cənubi Qafqaz və Orta Asiya regionunda ilk dəfə qaraciyər transplantasiyası da bizim səhiyyə sistemimiz tərəfindən icra olunub. Bugünkü uğurlar isə Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə mümkün olub”.

Mircəlal Kazımi qeyd edib ki, beyin ölümü hadisələrindən sonra orqanların bağışlanması istiqamətində ölkədə artıq müsbət təcrübə formalaşıb: "Bu proseslər nəticəsində xəstəxanalar arasında koordinasiya güclənib, beyin ölümü baş verdikdən sonra orqanların bağışlanması insanlığa xidmət kimi həyata keçirilir. Sevindirici haldır ki, artıq 600-700 nəfərdən çox vətəndaşımız sağlığında orqan bağışlanmasına razılıq verib".

Xatırladaq ki, bu ilin fevral ayında beyin ölümü diaqnozu qoyulmuş vətəndaşın qaraciyəri Mərkəzi Gömrük Hospitalında, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi peşəkar tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına köçürülüb.

AzVision.az


Избранный
71
15
azvision.az

10Источники