RU

Aİ uşaqların sosial şəbkələrdən istifadəsini məhdudlaşdırmağı planlaşdırır

BAKI, 25 oktyabr. TELEQRAF

Avropa İttifaqında uşaqların "TikTok" və "Instagram" kimi sosial şəbəkələrdən istifadə yaşına məhdudiyyət qoyulması məsələsi müzakirə olunur.

Teleqraf xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.

Məsələ ilə bağlı təklif Aİ liderlərinin Brüsseldə keçirilən sammitində qəbul olunan deklarasiyada əksini tapıb.

Təklifin əsas məqsədi uşaqların rəqəmsal mühitdə qorunmasını gücləndirmək və sosial platformalardan asılılıq risklərini azaltmaqdır.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qeyd edib ki, sosial şəbəkələrdə qeydiyyat üçün minimum yaşın müəyyən edilməsi alkoqol və tütün satışına tətbiq olunan qaydalarla müqayisə edilə bilər. O əlavə edib ki, Avstraliya 2024-cü ilin noyabrında 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan etməklə nümunə ola bilər.

Gözlənilir ki, Aİ ekspert qrupu ilin sonunadək ölkələrdə yaş məhdudiyyətlərinin tətbiqinin optimal mexanizmini müzakirə etmək üçün toplantı keçirəcək.

Избранный
90
teleqraf.com

1Источники