Xalq artisti Şahnaz Haşımova Gəncə şəhərində xəstəxanaya yerləşdirilib. Gender.Az xəbər verir ki, bu barədə Teleqraf-a oğlu Tural Abdullayev məlumat verib. "Anamın vəziyyəti, şükürlər olsun, yaxşıdır. Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Bizə dedilər ki, mütləq əməliyyat olunmalıdır. Sabah günün birinci yarısında əməliyyat olunacaq", - deyə xalq artistinin oğlu bildirib.