RU

Premyer Liqanın IX turunda “İmişli” “Kəpəz”ə qalib gəlib

ain.az, Gununsesi saytına istinadən bildirir.

Misli Premyer Liqasının IX turunda “Kəpəz” “İmişli” ilə qarşılaşıb.

Gununsesi.info xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyun qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0.

İmişli kollektivinin qollarını Luis Silvestr (45+3), Dioqo Almeyda (60) və Rafael Vieqaş (83) vurublar.

Qərb təmsilçisinin heyətində qapıçı Məmməd Hüseynov 28-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Jorj Kaşkilyanın rəhbərlik etdiyi “İmişli” 12 xalla turnir cədvəlində 7-ci sıradadır. 3 xalı olan “Kəpəz” isə sonuncu – 12-cidir.

Qeyd edək ki, turun açılış oyununda “Turan Tovuz” səfərdə “Karvan-Yevlax”ı 2:1 hesabı ilə məğlub edib. IX tura oktyabrın 26-da yekun vurulacaq.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
281
9
icma.az

10Источники