AZ

“İmişli” “Kəpəz”i darmadağın etdi

Futbol üzrə Misli Premyer Liqasının IX turu çərçivəsində “Kəpəz” və “İmişli” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüş “İmişli”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində Luis Silvestr (45+3), Dioqo Almeyda (60) və Rafael Vieqaş (83) fərqləniblər.

Gəncə klubunun vəziyyəti isə oyun ərzində daha da çətinləşib. 28-ci dəqiqədə “Kəpəz”in qapıçısı Məmməd Hüseynov birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Jorj Kaşkilyanın rəhbərlik etdiyi “İmişli” bu qələbə ilə xal sayını 12-yə çatdıraraq turnir cədvəlində 7-ci pilləyə yüksəlib. “Kəpəz” isə 3 xalla sonuncu — 12-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun açılış oyununda “Turan Tovuz” səfərdə “Karvan-Yevlax”ı 2:1 hesabı ilə məğlub edib. IX tura oktyabrın 26-da yekun vurulacaq.

Seçilən
95
9
90deqiqe.az

10Mənbələr