RU

“Para” BOKT un sədri dəyişib

Marja.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) rəhbərliyində dəyişiklik olub.

Məlumata görə, səhmdar cəmiyyətinə sədrlik edən Nigar Mehdiyeva vəzifəsindən kənarlaşdırılıb, onun yerinə Elnur Quliyev təyin edilib.

Xatırladaq ki, "Para” BOKT 2016-cı ildə lisenziyası ləğv olunmuş “Parabank” ASC-nin bazasında 2017-ci ildə yaradılıb. BOKT-un nizamnamə kapitalı 38 milyon 887 min manatdır. Onun səhmlərinin 17%-i Eldar Quliyevə, 15.5% Alevtina Quliyevaya, 10.95%-i Əşrəf Səfərova, 10.95%-i Faiq Səfərova, 9.8%-i Tamilla Hacıyevaya, 9.6%-i Elnur Quliyevə, 9%-i Vəli Quliyevə, 6%-i Fərman Quliyevə, 3.4%-i İbrahim Səfərova, 3.4%-i Əvəz Səfərova, 3%-i Rasim Poladova, 1.4%-i isə digər şəxslərə məxsusdur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© Yurd.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
1
marja.az

2Источники