RU

ABŞ ın sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb

ain.az bildirir, Marja.az saytına əsaslanaraq.

ABŞ Əmək Nazirliyi sentyabr ayına dair istehlak inflyasiyası göstəricilərini elan edib.

Marja xəbər verir ki, ölkədə İstehlak Qiymətləri İndeksi (inflyasiya göstəricisi) sentyabrda aylıq müqayisədə 0,3%, illik müqayisədə isə 3% artaraq gözləntilərdən aşağı olub.

Beləliklə, amerikalı istehlakçıların yaşayış xərcləri sentyabr ayında əvvəlki aya nisbətən 0,3% yüksəlib.

Bazar proqnozlarına görə, inflyasiyanın aylıq 0,4%, illik 3,1% artacağı proqnozlaşdırılırdı. Avqustda ylıq inflyasiya 0,4%, illik inflyasiya 2,9% olmuşdu.

İllik inflyasiya bu dövrdə yanvar ayından bəri ən yüksək səviyyəsinə çatıb. 

Benzin xərclərində artım diqqət çəkib

Benzin xərcləri sentyabrda 4,1% artaraq bütün kateqoriyalar üzrə aylıq artımda əsas təsir edən amil olub. Benzin qiymətləri illik müqayisədə isə 0,5% azalıb.

Enerji indeksi sentyabrda aylıq 1,5%, illik isə 2,8% artıb. Eyni dövrdə ərzaq qiymətləri aylıq 0,2%, illik 3,1% yüksəlib.

Yaşayış (mənzil) xərcləri də sentyabrda əvvəlki aya nisbətən 0,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,6% artıb.

Baza inflyasiya zəifləyib

Dəyişkən enerji və ərzaq qiymətlərini nəzərə almayan İstehlak Qiymətləri İndeksi sentyabrda aylıq 0,2%, illik 3% artıb. Bazar gözləntilərinə görə, baza inflyasiyanın avqustda olduğu kimi aylıq 0,3%, illik 3,1% artacağı proqnozlaşdırılırdı.

İstehlak Qiymətləri İndeksi məlumatları hökumət bağlanmasına baxmayaraq açıqlanıb

ABŞ-ın rəsmi məlumat cədvəlinə əsasən, sentyabr ayına dair İstehlak Qiymətləri İndeksinin 15 oktyabrda açıqlanması planlaşdırılırdı. Lakin Konqresin müvəqqəti büdcə layihəsini təsdiqləyə bilməməsi səbəbindən federal hökumət 1 oktyabrda fəaliyyətini dayandırmış və bu da rəsmi iqtisadi məlumatların yayımını ləngitmişdi. Əmək Nazirliyi məlumat yayaraq bildirmişdi ki, İstehlak Qiymətləri İndeksi ( hesabatının dərc tarixi dəyişdirilib və göstəricilər 24 oktyabrda açıqlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
1
marja.az

2Источники