RU

Belə bir hadisə görməmisiniz: Futbolçu dizi ilə dişini sındırdı

Fransa II Liqasında “Nansi” ilə “Amyen” arasında keçirilən oyununda maraqlı epizod yaşanıb.

Publika.az xəbər verir ki, qonaq komandanın müdafiəçisi Abubakar Lo təsadüfən dişini sındırıb. Topu uzaqlaşdırmaq istəyəndə futbolçu qeyri-peşəkar formada tullanıb və diziylə çənəsinə zərbə endirib.

Əvvəlcə nə baş verdiyini anlamayan Lo bir anda ağzını tutub və nəsə qaydasında olmadığını hiss edib. Bir neçə saniyə sonra isə o, dişinin çıxdığını görüb. Bu an kameralar tərəfindən lentə alınıb.

Qeyd edək ki, “Amyen” oyunu 1:0 hesabı ilə qazanıb.

Избранный
73
publika.az

1Источники