RU

Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-da

Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev hazırda ABŞ-da rəsmi səfərdədir.

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı CNN yayıb. Nəşrin məlumatına görə, Dmitriyev ABŞ administrasiyasının nümayəndələri ilə görüşərək Rusiya-ABŞ münasibətlərinin gələcək istiqamətlərini müzakirə edəcək.

Səfərin məqsədi iki ölkə arasında diplomatik dialoqun bərpası və qarşılıqlı əməkdaşlıq sahələrində müzakirələrin davam etdirilməsi kimi göstərilir.

Görüşlərin Tramp administrasiyasının nümayəndələri ilə qapalı formatda keçirildiyi bildirilir.

Ekspertlər bu səfəri Putin və Tramp arasında planlaşdırılan mümkün görüşə hazırlıq mərhələsi kimi qiymətləndirirlər. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
17
1
olaylar.az

9Источники