RU

"Qalatasaray"da yeni sponsorluq müqaviləsi - 83 milyon avro qazanacaq

"Qalatasaray" forma sponsoru "Puma" ilə əməkdaşlığı davam etdirəcək.

Apasport.az xəbər verir ki, İstanbul nəhəngi Almaniya şirkəti ilə müqavilənin müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında 2036-cı ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb. "Qalatasaray" bu anlaşmadan 83 milyon avro gəlir əldə edəcək. "Sarı-qırmızılar" bundan başqa müəyyən şərtlərə bağlı olan 14,5 milyon avro da qazana bilər.

Qeyd edək ki, "Qalatasaray" 2024/2025 mövsümündən etibarən tanınmış idman brendi "Puma" ilə əməkdaşlıq edir.

Almaniya millisinin üzvü zədəsini sağaldıb

Zədəli futbolçular üçün son sınaq: Duran və Ederson "Ştutqart" matçında oynaya bilər

“Arsenal” və “Çelsi” argentinalı futbolçu ilə maraqlanır

De Yonq “Real”la oyunu buraxacaq?

Keyn Droqbanı geridə qoydu

Избранный
113
apasport.az

1Источники