RU

Bu klub "Qarabağ"ın maestrosuna göz dikib

"Panatinakos" klubu "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç üçün israrını davam etdirir. "Bakuinfo" xəbər verir ki, onlar Ağdam təmsilçisinin "Atletik"lə matçına öz skautlarını göndəriblər. Yunanıstan klubu bir ilə yaxındır monteneqrolu futbolçunu yaxından izləyir. "Yaşıllar" bu yay onu transfer etmək istəsə də, Yankoviç bu təklifi geri çevirib. Lakin onların israrı davam edir. Qeyd edək ki, 30 yaşlı futbolçunun "Qarabağ"la 2027-ci ilin yayına qədər müqaviləsi var. (azerisport.com)

Избранный
64
5
bakuinfo.net

10Источники