RU

Sabunçuda əməliyyat - 11 kq narkotik vasitə aşkarlandı

Bakı. Trend:

Sabunçu Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları narkotikvasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatkeçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyatzamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 32 yaşlıAğamir Mirələmzadə saxlanılıb.

Bildirilir ki, ondan 11 kiloqramdan artıq tərkibinə psixotropmaddələr əlavə edilən marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanışolduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxtərazisində ayrı-ayrı ünvanlara pul müqabilində çatdıracağınıbildirib.

Faktla bağlı başlanan cinayət işi üzrə istintaq araşdırmalarıdavam etdirilir.

Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindəncari ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı 95kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddəqanunsuz dövriyyədən çıxarılıb.

Избранный
42
33
az.trend.az

10Источники