RU

Sarkozi həbsxanada ölümlə hədələnir

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi həbsxanada ölüm təhdidləri alır.

"Unikal" xəbər verir ki, 5 illik həbs cəzasının ilk günlərindən digər məhbuslar Sarkozini öldürməklə hədələyirlər.

Paris Prokurorluğu istintaq çərçivəsində 3 məhbusu dindirib. Həbsxanada aparılan axtarış zamanı iki mobil telefon götürülüb.

Qeyd edək ki, 2007-2012-ci illərdə Fransaya rəhbərlik etmiş Sarkozi Liviyada seçki kampaniyası üçün vəsait toplamaqda təqsirli bilinərək çərşənbə axşamı həbs edilib.

Избранный
75
1
unikal.az

2Источники