AZ

Sarkozi həbsxanada ölümlə hədələnir

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi həbsxanada ölüm təhdidləri alır. 

Bakıvaxtı.az xəbər verir ki, 5 illik həbs cəzasının ilk günlərindən digər məhbuslar Sarkozini öldürməklə hədələyirlər.

Paris Prokurorluğu istintaq çərçivəsində 3 məhbusu dindirib. Həbsxanada aparılan axtarış zamanı iki mobil telefon götürülüb.

Qeyd edək ki, 2007-2012-ci illərdə Fransaya rəhbərlik etmiş Sarkozi Liviyada seçki kampaniyası üçün vəsait toplamaqda təqsirli bilinərək çərşənbə axşamı həbs edilib.

Seçilən
20
1
bakivaxti.az

2Mənbələr