525.az saytından alınan məlumata görə, ain.az bildirir.
Nigeriyada terrorçular doğum evinə basqın edərək 12 nəfəri girov götürüblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında - Kaduna ştatında baş verib.
"Nasara" doğum evinə hücum zamanı götürülən girovlar arasında hamiləliyin son ayında olan qadın, yeni doğulmuş körpə və onun anası da var.
Qeyri-rəsmi məlumata görə, basqın zamanı 1 nəfər öldürülüb.
Qeyd edək ki, son 2 il ərzində Kaduna ştatında terrorçular 500-dən çox insanı öldürüb, 1700-dən çox sakini əsir götürüblər.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.