Bakıda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakıda dörd nəfəri aldadılaraq ümumilikdə 43 min 800 manat pulun dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə məlumat veriblər.
Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı B.Kətənov saxlanılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma aparılır.