AZ

Bakıda dələduzluqda şübhəli bilinən şəxs saxlanıldı

Bakıda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakıda dörd nəfər aldadılaraq ümumilikdə 43 min 800 manat maddi vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə məlumat veriblər.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı B.Kətənov saxlanılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Seçilən
37
5
metbuat.az

10Mənbələr