"Bavariya" klubunun futbolçusu Lennart Karl UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Offsideplus.az xəbər ESPN-ə istinadən xəbər verir ki, yarımmüdafiəçisi Münhen komandasının turnirdə qol vuran ən gənc futbolçusu olub.

Karl 17 yaş 242 günlüyündə Liqa mərhələsinin III turunda "Brügge"yə (Belçika) qarşı matçın (4:0) 5-ci dəqiqəsində fərqlənib.

Qeyd edək ki, "Bavariya"da əvvəlki rekord yarımmüdafiəçi Camal Musialaya aid idi.