RU

"Sədərəyə dəmir yolu çəkilənə qədər Ermənistan blokadada qalacaq" -Erməni deputat

"Yerasx-Sədərək dəmir yolu çəkilənə qədər Ermənistan blokadada qalacaq". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin "Hayastan" fraksiyasından olan deputat Artur Xaçatryan deyib.

O, oktyabrın 23-də Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasına üzv seçilməsi ilə bağlı müzakirələr zamanı qeyd edib ki, regional kommunikasiya və blokadanın aradan qaldırılması ilə bağlı müzakirələr hələlik real işlərə uyğun gəlmir: "Yerasx-Sədərək yolunun açılması həyati əhəmiyyət kəsb edir. O tikilənə qədər Ermənistan blokadada qalacaq. Tez-tez haqqında danışılan "Tramp yolu" bu hissə olmadan tam fəaliyyət göstərə bilməz. Yolun təkcə 42 kilometri deyil, Yerasxa gedən bütün marşrutu əhatə etməsi vacibdir".

Millət vəkili İcevan-Qazax yolunun əhəmiyyətini də vurğulayaraq, onun açılmasının təkcə Tbilisiyə deyil, həm də Xəzər dənizinə qısa yol açdığını qeyd edib.

Ağarza Elçinoğlu 

Избранный
37
2
unikal.az

3Источники