RU

Orta Dəhliz ticarət habı kimi Bosniya və Herseqovina üçün yeni imkanlar açır

Bakı. Trend:

Bosniya və Herseqovina regional ticarə habına çevrilməkpotensialına malikdir, lakin bunun üçün təkcə infrastruktur deyil,eyni zamanda logistik alətlərin olması vacibdir.

Trend BeynəlxalqAvtomobil Nəqliyyatı İttifaqına (IRU) istinadən xəbər verir ki,bunu IRU prezidenti Radu Dinesku Sarayevo şəhərində keçirilən 3-cüBeynəlxalq Logistika Konfransında deyib.

Qeyd olunur ki, IRU üzvü olan AIRH (Bosniya və HerzeqovinanınAvtomobil və Beynəlxalq Nəqliyyat Assossasiyası) tərəfindən təşkilolunmuş Üçüncü Logistika Konfransında sahənin liderləri vəbeynəlxalq ekspertlər müxtəlif sektorlarda innovativ logistikhəllərin tətbiqi ilə bağlı məlumat mübadiləsi aparmaq üçün biraraya gəlib.

Məlumata əsasən, IRU prezidenti Radu Dinesku açılış nitqindəbunları deyib: “Bosniya və Herseqovina strateji mövqeyini nəzərəalaraq, infrastruktur və ‘yumşaq tədbirlərin’ düzgün kombinasiyasıilə regional ticarət mərkəzinə çevrilə bilər.”

O əlavə edib: “Beynəlxalq və regional standartlara əsaslanan TIRtranzit sistemi kimi alətlər böyük təsir gücünə malikdir. Onlareffektiv və təhlükəsiz olan marşrutla belə olmayan marşrut arasındahəlledici amilə çevrilə bilərlər”.

Vurğulanır ki, qlobal TIR sistemi sərhədlərdə tranzit vaxtını 92faizədək azaldır və nəqliyyat xərclərini 50 faizədək aşağısalır.

“Dəyişən ticarət dəhlizlərinin yaratdığı yeni imkanları nəzərəalaraq, sizləri Bosniya və Herseqovinada logistikanınsəmərəliliyini artırmaq üçün bu alətlərə diqqət yetirməyəçağırıram”, – deyə Radu Dinesku qeyd edib.

IRU-nun məlumatına görə, müzakirələr zamanı ticarət vənəqliyyatı formalaşdıran qlobal tendensiyalar, o cümlədən OrtaDəhlizin və İraq İnkişaf Yolunun sürətli inkişafı da müzakirəolunub. Hər iki marşrut Yaxın Şərq, Türkiyə və Avropa arasında quruəlaqələrini yenidən müəyyənləşdirir.

“Avropa İttifaqı Bosniya və Herseqovinanın ticarətinin təxminən65 faizini təşkil edir. Lakin Aİ-yə qapı rolunu oynayan və regionalticarət mərkəzinə çevrilmək iddiasına malik bir ölkə kimi, Bosniyavə Herseqovina həmçinin şərqə də baxmalıdır - çünki Türkiyə, OrtaDəhliz və İraq İnkişaf Yolu vasitəsilə Avropaya daxil olan ticarəthəcmləri sürətlə artır”, - deyə Radu Dinesku əlavə edib.

Məqalədə:
Избранный
71
az.trend.az

1Источники