RU

ABŞ "Rosneft" və "Lukoyl"a qarşı sanksiyalar tətbiq edib » AzadMedia.az


ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı əlavə sanksiyalar çərçivəsində "Rosneft" və "Lukoyl" neft şirkətlərinə məhdudiyyətlər tətbiq edilib.

Bu barədə məlumat nazirliyin saytında dərc olunub.

"Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiyanın Ukraynadakı müharibənin sülh yolu ilə başa çatdırılması prosesinə ciddi sadiqlik göstərməməsi səbəbindən əlavə sanksiyalar tətbiq edir", - deyə açıqlamada qeyd olunub.

Dəqiqləşdirilib ki, məhdudiyyətlər Rusiyanın ən böyük neft şirkətləri olan "Rosneft" və "Lukoyl"a şamil ediləcək.

Həmçinin "Lukoyl"un altı törəmə şirkəti, xüsusilə "Lukoyl-Zapadnaya Sibir" və "Lukoyl-Kaliningradmorneft" də sanksiyalar siyahısına daxil edilib.

Siyahılarda təxminən 30 törəmə şirkəti olan "Rosneft"in "Sibneftegaz", "Rospaninterneşnl", "RN-Purneftegaz" kimi şirkətləri də sanksiyalar siyahısına daxil edilib.

Maliyyə Nazirliyi açıqlamada "50% qaydası"nı xatırladıb. Belə ki, "SDN List"də adı çəkilən şirkətlərin bütün törəmə şirkətləri, hətta "qara siyahı"da birbaşa adları çəkilməsə belə, sanksiya altında hesab olunur.
Избранный
9
3
azadmedia.az

4Источники