RU

ARDNF-nin neft-qaz gəlirləri 7,8 milyard manatı ötüb

BAKI, 23 oktyabr. TELEQRAF

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 milyard 837,7 milyon manat təşkil edib.

Fonddan Teleqraf-a verilən məlumata görə, bu məbləğin 7 milyard 68,8 milyon manatı mənfəət neftinin və qazın satışından, 765,3 milyon manatı bonus ödənişləri və tranzit gəlirlərindən, 3,6 milyon manatı isə akrhesabı ödənişlərdən ibarət olub.

Hesabat dövründə ARDNF-yə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 6 milyard 183,9 milyon manat, “Şahdəniz” qaz-kondensat yatağından isə 697 milyon manat həcmində vəsait daxil olub.

Избранный
65
teleqraf.com

1Источники